Quba Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 13 sentyabr tarixində quruma istinadən məlumat verir.
Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksi ilə tanış olub.
Əlibəyqışlaq kəndində təşkil edilən görüşdə rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.