Xaçmaz şəhərində yaranan natəmizliklə bağlı şəhər İƏD açıqlama verib. Bu haqda ShimalNews 13 sentyabr tarixində məlumat verir.
Şəhərin Atatürk və 28 May küçələrində zibil qutuları dolub və ərazidə antisanitar vəziyyət yaranıb. Buna səbəb tullantı daşıyan texnikalarda yaranan nasazlıq olub.
Mövcud vəziyyətlə bağlı rəsmi qurum üzrxahlıq edib. Eləcə də bildirilib ki, tullantıların daşınması MKTİ-nin texnikaları vasitəsilə hər gün 2-li növbədə (tullantı çox olarsa, növbədənkənar texnika ilə) həyata keçirilir.