İsmayıllıda kənd gəncləri üçün maarifləndirici təlimlər baş tutub. Bu haqda ShimalNews 13 sentyabr tarixində məlumat verir.
“Kənd gənclərinin sosial bacarıqlarının artırılması” mövzusunda təlimlər GİKM-in dəstəyi ilə həyata keçirilib. 15-25 yaş aralığında kəndlərdə yaşayan gənclər üçün seminarlar təşkil olunub.
Layihə çərçivəsində 2 gün ərzində “Stresin idarə olunması”, “Stresi yaradan səbəblər və onun aradan qaldırılması”, “Effektiv ünsiyyət”, “Komanda quruculuğu”, “Qərar qəbuletmə”, “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə edilməsi” mövzularında təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar keçirilib. Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Burada məqsəd gənclərin sosial, emosional və intellektual mövzularda bilik və bacarıqlarının artırılması və onların şəxsi və peşəkar həyatlarında qarşılaşdıqları problemlərin aradan qaldırılmasıdır.