Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınmasından bir il ötür.

2022-ci il sentyabr ayının 12-si gecə saatlarından başlayaraq ayın 14-dək Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində təxribatlar törədilib. Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.

Şimal zonasından olan şəhidlərin siyahısı:

  • İsmayıllı rayonu, 1988-ci il təvəllüdlü XTQ-nin leytenantı Elnur Sədaqət oğlu Səmədov;
  • Qusar rayonu, Mucuq kəndi, 1998-ci il təvəllüdlü əsgər Şair Camaloviç Heydərov;
  • Şəki şəhəri, 2001-ci il təvəllüdlü əsgər Fərid Qiyas oğlu Lətifov
  • İsmayıllı rayonu, 2002-ci il təvəllüdlü əsgər Qədim İlqar oğlu Xəlilov;
  • Zaqatala rayonu, Qımır kəndi, 2001-ci il təvəllüdlü əsgər Turan Tərlan oğlu Məhərrəmov,
  • Xaçmaz rayonu, Əbilyataq kənd sakini, 1989-cu il təvəllüdlü baş gizir Elnur Faid oğlu Rüstəmov;
  • Quba rayonu, İsnovqışlaq kənd sakini, 2001-ci il il təvəllüdlü Ümid İlqar oğlu Həsənov;
  • Xızı rayonu, Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüdlü kapitan Saleh Möhübbət oğlu Qurbanov;
  • İsmayıllı rayonu, Talıstan kənd sakini, 1996-cı il təvəllüdlü baş leytenant Cavidan Zaur oğlu Bədəlov;
  • Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini, 1996-cı il təvəllüdlü kiçik gizir Elşən Sahib oğlu Babazadə ;
  • Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü leytenant Sərxan Mübariz oğlu Ömərov;
  • Şəki şəhər sakini, 1996-cı il təvəllüdlü gizir Səbuhi Fuad oğlu Əhmədov;
  • Oğuz rayonu, Qarabaldır kənd sakini, 1997-ci il təvəllüdlü MAXE kiçik çavuş Nail Adil oğlu Abbaslı;
  • Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımov;
  • Şabran rayonu, 2000-ci il təvəllüdlü leytenant Murad İlqar oğlu Rəsulov.

Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.