Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 12 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Mehrəliqışlaq kəndində yerli hüquq mühafizə orqanları rəhbərlərinin və xidmət təşkilatlarının məsul şəxslərinin iştirakı ilə təşkil olunub.
Burada, eləcə də Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak ediblər. Onlar yolların təmiri, yeni subartezian quyusunun qazılması, suvarma suyunun təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Həmçinin bəzi müraciətlər yerindəcə həll edilib.