Xaçmaz rayon Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin yenilənən binası istifadəyə verilib. Bu barədə ShimalNews 12 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Açılış mərasimində RİH-nin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
960 şagird yerlik məktəb müasir tələblərə cavab verən sinif otaqları ilə təmin olunub. Burada fənn kabinetləri, laboratoriyalar, müəllimlər otağı, kitabxana, kompüter otağı, yeməkxana, akt və idman zalları yaradılıb.
Bundan başqa, təhsil ocağı üçün 3 yeni tədris korpusu da inşa edilib.