Xaçmaz rayonunda ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla icra başçısı Elnur Rzayev görüş keçirib. Bu haqda ShimalNews 12 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Tədbirdə tələbə adını qazananlara gələcək həyatlarında uğurlar arzulanıb. Onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələri arzu edilib.

Sonda icra başçısı Elnur Rzayev tərəfindən gənclər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.