Bölgənin meşə fondu ərazilərində payız əkin mövsümünə hazırlıq işləri davam edir. Bu barədə ShimalNews 12 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində – Şabran rayonunun 2, Quba rayonunun 14, İsmayıllı rayonunun 10 hektar sahəsində ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.