Qusar Rayon İcra Hakimiyyəti rayon ərazisində görüləcək abadlıq işlərinin satın alınması üzrə açıq tenderi yekunlaşdırıb. Bu barədə ShimalNews 12 sentyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.
Qalib şirkət “Topxana Layihə İnşaat” MMC olub. Xidmətlərin yerinə yetirilməsi üçün 149.366 manat sərf olunacaq.
Daha öncə adıçəkilən şirkət Xaçmaz ərazisində abadlıq işləri ilə bağlı tenderin qalibi olmuşdur.