Qubalı şəhid Səhman Bədəlovun bacısı Aytəkin Bəhmən qızının toy məclisi keçirilib. Bu haqda ShimalNews 12 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

İlk növbədə qəhrəmanımızın Birinci Nügədi kəndində məzarı ziyarət olunub. Burada icra başçısı İlqar Mahmudov, icra hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak ediblər.

Daha sonra toy məclisində İlqar Mahmudov çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua verib. Onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik edib.