Qubalı şagirdlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiyası təşkil olunub. Bu haqda ShimalNews 12 sentyabr tarixində məlumat verir.
Tədbir Sağlam Düşüncə Gənclər Təşkilatı “İctimai fəal məktəb – Sosial məsuliyyətli şagird” layihəsi çərçivəsində təşkil olunub.
Məktəblilər müxtəlif meyvə, sitrus bitkilərinin yetişdirilməsi, onların məhsuldarlığının artırılması istiqamətində aparılmış elmi-tədqiqat işləri, yeni texnologiyaların tətbiqi, məhsulların saxlanılması və emalı işləri ilə yaxından tanış olublar.
Daha sonra mütəxəssislərin təqdimatı ilə laboratoriyaların və istixananın fəaliyyəti müşahidə olunub. Zərdabi Elmi Təcrübə Bazasında yekunlaşan ekskursiyanın sonunda fəallara meyvə bitkilərinin yetişdirilməsi və calaq prosesi əyani olaraq izah olunub.
