Quba şəhərində “Açıq əyləncəli məhəllə futbol liqası”nın “B” seriyasının bağlanış mərasimi keçirilib. Bu barədə ShimalNews 12 sentyabr tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.

Tədbir 28 May parkında yerləşən stadionda təşkil olunub. Burada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba Futbol Klubunun təsisçisi və direktoru Elnur Mirzəyev, həvəskar futbolçular və azarkeşlər iştirak ediblər.

Qaliblərə müvafiq dərəcəli diplom, medal və kuboklar, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.