Quba Olimpiya İdman Kompleksində hərbi-idman oyunları başlayıb. Bu haqda 12 sentyabr tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan oyunlar 11-17 sentyabr tarixlərində keçiriləcək. Burada ali və orta ixtisas təhsil müəssisələrinin gəncləri üçün müxtəlif hərbi təlimlər və hərbi oyunlar baş tutacaq. Burada 130 nəfər tələbə birincilik uğrunda mübarizə aparacaq.