Qubada avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu haqda ShimalNews-a 12 sentyabr tarixində məlumat daxil olub.
Heydər Əliyev küçəsində güclü tıxac yaranıb. Eləcə də M.P. Vaqif küçəsi ilə kəsişən yollar bağlıdır. Hal-hazırda burada “KOMANDO” hərbi-idman oyunlarının iştirakçıları yürüş keçirirlər.
Daha öncə Quba Olimpiya İdman Kompleksində hərbi-idman oyunlarının başlaması haqda məlumat vermişdik.
