Qubada təhsil işçilərinin sentyabr konfransı keçirilib. Bu haqda ShimalNews 12 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, icra başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, maddi-texniki bazanın formalaşdırılması və digər mövzulara toxunublar.
Toplantıda bir sıra məktəblərin direktorları və müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıblar.