Qubada Vətən müharibəsi şəhidi Eynulla Lətifovun xatirəsinə həsr olunmuş idman tədbiri keçirilib. Bu haqda ShimalNews 12 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Cüdo üzrə turnir 1-ci Nügədi kəndində yerləşən idman zalında baş tutub. Yarışda Bakı, Sumqayıt və Qubadan 70-ə yaxın idmançı mübarizə aparıb və qaliblər diplom və medallarla təltif olunublar.
Gİİ-nin təşkilatçılığı ilə keçirilən turnirdə şəhidin anası Gülbacı Lətifova, şəhid Miqdad Abduləlimovun anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova iştirak ediblər. Sonda şəhid E.Lətifovun ailə üzvlərinə Gİİ tərəfindən yarışın xatirə diplomu təqdim edilib.