İsmayıllıda Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici təlim keçirilib. Bu haqda ShimalNews 12 sentyabr tarixində məlumat verir.
Tədbir 2, 5 və 6-cı sinif rəhbərləri üçün təşkil olunub. Burada mərkəzin bir sıra nümayəndələri, Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru – daxili xidmət kapitanı Rövşən Teymurlu və həkimlər iştirak ediblər.
Toplantının keçirilməsində məqsəd müəllimlərin fövqəladə hallar zamanı davranış qaydaları ilə tanış olmalarıdır. Təlim vaxtı videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir. Sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.