“Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd pozmaq istəyən Nepal Federativ Demokratik Respublikasının vətəndaşları saxlanılıblar. Bu haqda ShimalNews 11 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Xaçmaz rayonunun Zuxul kəndi yaxınlığında 22 yaşlı Karkı Ghımıre Renuka, 29 yaşlı Bahattaraı Menuka, 28 yaşlı Pantha Bal Krıshna, 37 yaşlı Raut Dıp Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyiblər.
Araşdırma zamanı saxlanılan şəxslərin Azərbaycana rəsmi qaydada gəlmələri məlum olub. Onlar Portuqaliya Respublikasına miqrasiya etmək üçün qeyri-qanuni yola əl atıblar.