Xaçmazda 3 avtombilin iştirakı ilə qəza baş verib. Bu barədə ShimalNews 11 sentyabr tarixində xəbər verir.

Hadisə sentyabrın 10-u saat 12:15 radələrində qeydə alınıb. “VAZ-2106”, “Hyundai”, və “VAZ-21011” markalı avtomobillər toqquşub. Şahidlərin sözlərinə görə, buna səbəb nəqliyyat vasitələrinin ara məsafəsinə riayət etməməsi olub.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.