Bölgə üzrə cari həftədə keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb. Bu barədə ShimalNews 11 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

11-17 sentyabr tarixləri üçün afişa:

Quba rayonu

– Vətən müharibəsi şəhidi Eynulla Lətifovun xatirəsinə həsr olunmuş cüdo üzrə Quba rayon turniri – 11 sentyabr, saat 11:00 (I Nügədi kəndi, cüdo zalı);

– “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq əyləncəli məhəllə futbol liqası”nın B seriyası üzrə final oyunu – 11 sentyabr, saat 16:00 (28 May parkı);

– Sambo üzrə nümunəvi çıxışlar – 14 sentyabr, saat 10:00  (Şahdağ Quba İdman Klubu);

– “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq əyləncəli məhəllə futbol liqası”nın A seriyası üzrə final oyunu – 16 sentyabr, saat 16:00 (28 May parkı);

– Taekvondo üzrə nümunəvi çıxışlar – 16 sentyabr, saat 17:00 (Olimpiya İdman Kompleksi).

 

Xaçmaz rayonu

– Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə yoldaşlıq görüşləri – 12 sentyabr, saat 10:00 (boks zalı);

– Cüdo üzrə ustad dərsi – 15 sentyabr, saat 17:00 (UGŞİM).

 

Qusar rayonu

– Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi – 12 sentyabr, saat 11:00 (Olimpiya İdman Kompleksi).

 

İsmayıllı rayonu

– “Kikboksinq hamı üçün” devizi altında idman tədbiri – 13 sentyabr, saat 18:00 (Olimpiya İdman Kompleksi);

– “Gimnastika hamı üçün” devizi altında idman tədbiri – 17 sentyabr, saat 11:00 (Olimpiya İdman Kompleksi).