Quba-Xaçmaz yolunda işıq dirəyi qəzalı vəziyyətdədir. Bu haqda ShimalNews-a 11 sentyabr tarixində məlumat daxil olub.

Təmirə ehtiyacı olan dirək Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində – yol kənarında yerləşir. Bu hal artıq bir həftəyə yaxındır ki, yaşanır.

Sakinlərin sözlərinə görə, adıçəkilən ərazidə işıq dirəyi ötən il quraşdırılıb.