Quba rayonunun Alekseyevka kəndi ərazisində zəncirvari qəzada 2 nəfər ölüb. Bu haqda ShimalNews 11 sentyabr tarixində məlumat verir.
Hadisə sentyabrın 10-u saat 20:30 radələrində Quba-Xaçmaz yolunda qeydə alınıb. “Mercedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə Zamiq İsmayılov və Sərhəd Məmmədov dünyalarını dəyişiblər.
Əraziyə 4 təcili tibbi yardım və 1 yanğınsöndürən avtomobil cəlb edilib. “Mercedes” ciddi deformasiyaya uğrayıb, “VAZ” isə yanaraq yararsız hala düşüb.
