Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Uğura gedən yol” mövzusunda ödənişsiz təlim yekunlaşıb. Bu barədə ShimalNews 11 sentyabr tarixində məlumat verir.
Seminarda KOBİM-in eksperti tərəfindən məqsədlərin müəyyən edilməsinin planlı, səmərəli, effektiv təqdiqat metodları, Zeigarnik effekti, hədəf müəyyən etmə, işə başlamaq metodları barədə ətraflı məlumat verilib.
Burada 20 nəfər iştirak edib. Onlara şəxsi keyfiyyətlərin dəyərləndirilməsi, sosial məsuliyyət, hədəflərin düzgün seçilməsi, uğura gedən yol və karyera planlaşdırılmasının mərhələləri, fərdin şəxsi inkişafı üçün zəruri olan meyarlar, yumşaq bacarıqlar, əmək bazarında mövcud vəziyyət və başlıca trendlər, ilk iş təcrübəsinin əldə olunması və növbəti dövrlərdə düzgün qərarvermə ilə bağlı məlumat verilib.