İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevi Sərəncam imzalayıb. Bu barədə ShimalNews 11 sentyabr tarixində məlumat verir.
Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq, 12 milyon manat pul vəsaiti ayrılıb. Layihə çərçivəsində Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələri yenidən qurulacaq.
Bununla İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan 11.000 nəfər əhalinin içməli su ilə təminatı həyata keçiriləcək.