İsmayıllı rayonunda qəsəbələrin birində bıçaqlanma hadisəsi ölümlə nəticələnib. Bu haqda ShimalNews 11 sentyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.

Hadisə sentyabrın 9-u saat 07:00 radələrində qeydə alınıb. 44 yaşlı Ramin Cəfərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, bir gün sonra həmin şəxs dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şübhəli şəxs, 63 yaşlı Şakir Sadayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.