İsmayıllı-Lahıc yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub. Bu haqda ShimalNews 11 sentyabr tarixində məlumat verir.
İntensiv yağıntılar nəticəsində yolun 17.2 km-liyində qaya parçaları tökülmüşdü. Fəsadları aradan qaldırmaq üçün agentliyinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda qeyd olunan ərazidə təmizlənmə işləri davam etdirilir.