İsmayıllının evləri dağılmış Diyallı kənd sakinlərinin mavi yanacaq təminatında çətinliklər var. Bu barədə ShimalNews 11 sentyabr tarixində “Xəzər Xəbər”ə istinadən məlumat verir.

2019-cu ildə zəlzələ baş vermişdir. Nəticədə  Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zərəçəkmişlərə 63 ev tikilərək verilmişdir. Lakin 400 metr məsafədə keçən qaz xəttindən qazlaşdırılma aparılmamışdır. Bu günədək sakinlər özlərini odunla təmin edirlər. Onlar dəfələrlə aidiyyəti üzrə müraciətlər ediblər.

Kənd icra nimayəndəsi Habil Həsənov məsələ ilə bağlı aydınlıq gətirib. Bildirilib ki, FHN-in tərəfindən tikilən evlərin sənədlərində kommunal xidmətlə bağlı layihə olmayıb. Sakinlərin öz hesabına qaz xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu səbəbdən evlərdə mavi yanacaq yoxdur.