Quba stadionu olduğu halda, “Şahdağ Qusar” FK uzaqda yerləşən məkana üz tutmalı olub. Bu haqda ShimalNews 11 sentyabr tarixində Rekord.az-a istinadən məlumat verir.

II liqada “Şahdağ” ev oyunlarını keçirmək üçün Quba Olimpiya İdman Kompleksinə müraciət etmişdi. Lakin burada aylıq 5.000 manat icarə haqqı tələb edilib. Şamaxıda isə bu məbləğ 2.000 manat təşkil edir.

Daha öncə Qusarda yeni stadionun tikintisinin ilin sonuna kimi başa çatacağı haqda xəbər vermişdik.