Xaçmazda yağan yağış kənd sakinlərini işıqsız qoyub. Bu haqda ShimalNews 9 sentyabr tarixində Den.az-a istinadən məlumat verir.

Gecə saatlarından yağan leysan fəsadlar törədib. Sakinlər bildirirlər ki, yağan yağışlar və əsən külək işıq problemini hər zaman aktual edir.

Bəzi kəndlərdə mavi yanacaq da yoxdur. İnsanların ümid yeri elektrik enerjisidir. Hal-hazırda kəndlilər əziyyət çəkirlər.