Xaçmazda atletika idman növü üzrə nümunəvi çıxışlar təqdim olunub. Bu haqda ShimalNews 9 sentyabr tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Tədbir Olimpiya İdman Kompleksində Gİİ-nin rayon üzrə gənclər və idman sektorunun təşkilatşılığı ilə həyata keçirilib. Atletika Federasiyasının təlimində məşqçi-müəllim Məhəmməd Əlipaşayevin yetirmələri çıxış ediblər.
Burada məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, idmanın kütləviliyinə nail olunması, eləcə də perspektivli idmançıların aşkar edilməsidir.