Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda ShimalNews 9 sentyabr tarixində məlumat verir.

Hadisə sentyabrın 8-i saat 18:00 radələrində qeydə alınıb. 42 yaşlı Şamil Turabov xəsarət alıb, 43 yaşlı Aynurə Turabova isə kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.