Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” adlı düşərgəyə start verilib. Bu haqda ShimalNews 9 sentyabr tarixində Azərbaycan Gənclər Fonduna istinadən məlumat verir.

Layihə “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. O, 6 gün ərzində Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək.

Ümumilikdə 60 gəncin iştirak etdiyi düşərgədə “Komanda quruculuğu”, “Rəqəmsal Marketinq”, ”Feyk nyusla mübarizə”, “Karyera yolunda rəqəmsal toxunuşlar” və müxtəlif mövzularda təlimlər təşkil olunacaq. Həmçinin burada tanınmış media mütəxəssisləri iştirak edəcəklər.

Burada əsas məqsəd gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün şəkildə istifadəni təbliğ etməkdir.