Bu gün şəhid Aşurəli Zərbəliyevin doğum günüdür. O, 9 sentyabr 1999-cu ildə Qusar rayonunun Quxuroba kəndində anadan olub.
Qəhrəmanımız 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində savaşıb. Oktyabrın 11-i Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
A. Zərbəliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.