Bala Qusarda dövlət qurumlarının nümayəndələri səyyar qəbulda sakinlərin müraciətlərini  dinləyiblər. Bu barədə ShimalNews 9 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Görüşdə icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, bir sıra idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Sakinlər kəndin elektrik təchizatı sisteminin yenilənməsi, rabitə və içməli su xətlərinin yeniləri ilə əvəz olunması, uşaq bağçası üçün yeni binanın tikilməsi və ya əsaslı təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.