Qubada saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 9 sentyabr tarixində məlumat verir.
Hadisə M.P.Vaqif və T.Əhmədov küçələrinin kəsişməsində baş verib. “Ford” yük və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə yol kanarında dayanan “VAZ-2107” markalı avtomobil də əzilib.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.