Xaçmazdan və Qubadan olan gənclər Qırmızı Qəsəbəyə səfər ediblər. Bu haqda ShimalNews 9 sentyabr tarixində məlumat verir.
Ekskursiya zamanı qonaqlar qəsəbəni qarış-qarış gəzərək kəşf ediblər. Həmçinin ravvin onları 1888-ci ildə memar Gilel Ben Haim tərəfindən şərq üslubunda tikilmiş Altı Günbəzli Sinaqoqla tanış edib.