İsmayıllıda azyaşlı qızın ərə verilməsinə maneə olublar. Bu haqda ShimalNews 9 sentyabr tarixində jurnalist Pərvin Abışovaya istinadən məlumat verir.
Rayon Polis Şöbəsinə Qasımkənd kəndində 16 yaşlı qızın ərə verilməsi barədə məlumat daxil olub. Onlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin əməkdaşları dərhal hərəkətə keçiblər.
Nişanlanan azyaşlının sentyabrın 10-u toyu olacaqdı. Polis tərəfindən valideynlərin və azyaşlının izahatları alınıb. Onlara qanunvericiliyin tələbləri izah edilib.
Komitə və RİH tərəfindən azyaslının 18 yaşı tamam olanadək məsələnin nəzarətdə saxlanacağı bildirilib.