Qusarın Zindanmuruqqışlaq kəndində yanğın baş verib. Bu haqda ShimalNews 9 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 50 kv.m olan talvar alışıb və onun altında yığılan 6 ton ot bağlaması yanıb. Əraziyə FHN-in bölmələri cəlb olunub, alov söndürülüb.
Yanğınsöndürənlər ot bağlamalarının qalan 2 tonunu mühafizə ediblər.