“Sumağ” (Sumax) xalça emalatxanası 1923-cü ildə Qusar şəhərində təşkil olunmuşdur. Emalatxana Qusar şəhərində, Heydər Əliyev prospektində yerləşib.
“Sumağ” emalatxanasında 131 ədəd mexanikləşdirilmiş dəzgah istifadəyə verilmişdi. “Sumax” xalça emalatxanasının Avaran, Hil, İmamqulukənd, Düztahir, Yuxarı Tahircal, Əniq, Kuzun, Piral, Xürel, Urva və Yasab kimi kənd yaşayış məntəqələrində təşkil olunan şöbələri yenidən qurulmuş, texniki təchizatla təmin olunmuşdur.
Xalçaçı Zibeydə Şeydayeva 1924-cü ildən bu emalatxanada çalışmağa başlamışdır.
1962-ci ildən Qafqazın bir sıra emalatxanalarında olduğu kimi, Qusarda da təbii boyaların kimyəvi rənglərlə əvəz olunması, hazır eskizlərdən istifadə edilməsi xalçaçılıq sənətinə ağır zərbə vurdu. Buna baxmayaraq, 1970-ci illərdə rayonda təxminən yarım milyon manatlıq məhsul istehsal olunurdusa, hazırda bu müəssisənin istehsal gücü iki dəfə artmışdır.
1983-cü ildə “Sumağ” xalça emalatxanasında 266 xalçaçı fəaliyyət göstərib.
Hazırda emalatxana fəaliyyət göstərmir.
İstinad edilən mənbələr:
- Osmanov İsaməddin Səyid oğlu. Qusar rayonu. Bakı-2000.
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.