Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Nabranda konfrans təşkil edib. Bu haqda ShimalNews 8 sentyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

“Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda baş tutan tədbir “Təhsil” İstirahət Mərkəzində keçirilib.  Toplantıda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.

Konfransda çıxış edən qonaqlar ulu öndərin gənclər siyasətindən danışıb, gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.