Xaçmazda ölümlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 8 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Nərəcan kəndində “VAZ-2107” və “Kamaz” markalı avtomobillər toqquşub. Qəza zamanı 27 yaşlı Azər Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gənc xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Ədilovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.