Xaçmaz rayonunda səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə olunub. Bu haqda ShimalNews 8 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

İcra Hakimiyyətinin inzibati binasında xidmət təşkilatlarının rəhbərləri və yerli icra nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bu zaman vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər, eləcə də qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Toplantıda bəzi icra nümayəndələrinə ciddi iradlar tutulub və nöqsanların aradan qaldırılması ilə bağlı 1 ay müddətində vaxt verilib.