“Buğlama” teletamaşasının aktyorları Qubaya gəliblər. Bu haqda ShimalNews 8 sentyabr tarixində xəbər verir.

Qəçrəş kəndinin mərkəzində “Nənəmin təndiri” adlanan ərazidə çəkilişlər aparılır. Burada İlkin Həsəni, İlkin Misgərli və digərləri iştirak edirlər. Onların oynadığı serialın “Kalinka şəhərində” adlandırılması ehtimal edilir.

Daha öncə – 2021 və 2022-ci illərdə serialın bəzi hissələri rayonumuzda  lentə alınıb.