“Ay Laçın” xalq mahnısını ifa edərək məşhurlaşan İsmayıllıdan olan gənclə görüş keçirilib. Bu haqda ShimalNews 8 sentyabr tarixində RİH-yə istinadən xəbər verir.

İsmayıllının icra başçısı Nahid Bağırov I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova ilə görüşüb. O, gəncimizin bundan sonra da bir çox mahnılara yeni nəfəs verəcəyinə inamının böyük olduğunu bildirib.

Rəvanənin 18 yaşı var, O, anadangəlmə görmə məhdudiyyətlidir. Bir çox festivalların qalibi olan istedadımız səsi ilə xalq mahnımıza yeni ruh verib.