Qusar şəhərində asfalt “üzü” görməyən küçə su altında qalıb. Bu haqda ShimalNews 8 sentyabrda məlumat verir.

Bu hal görkəmli şəxsiyyət Səməd Bəy Mehmandarovun adını daşıyan küçədə müşahidə olunur. Ətraf küçələr asfaltlansa da, burada heç bir iş görülməyib. Hər dəfə yağış yağanda yolu su basır, evlərin divarları nəm çəkir, piyada hərəkət etmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, artıq 3 ildən çoxdur ki, məsələ həllini tapmır. Hər yağış yağanda ətrafa kanalizasiyadan su aşıb-daşır. Buna səbəb isə onun müntəzəm olaraq, daş və torpaqla dolmasıdır. Əgər küçə asfaltlansa idi, insanlar normal hərəkət edə bilərdilər.