Qubada yerləşən tanınmış bankın daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək. Bu haqda ShimalNews 8 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Söhbət “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-dən gedir. Müəssisəyə məxsus İkinci Nügədi kəndində yerləşən 4,043 ha torpaq sahəsi auksionda təqdim ediləcək. Əmlaka 35 min manat qiymət qoyulub.