İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib. Bu haqda ShimalNews 8 sentyabr tarixində məlumat verir.

İsmayıllıda gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkəti mədudlaşdırılmışdı. Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi cəlb edilmişdir.

Artıq avtomobillər üçün yol tam açıqdır.