İsmayıllıda gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində Lahıc yolunda maneələr yaranıb. Bu haqda ShimalNews 8 sentyabr tarixində məlumat verir.

Yolun (15.8 km, 17.2 km və 18.6 km) hərəkət hissəsinə güclü yağış suyunun gətirdiyi lil və qaya parçaları avtonəqliyyat vasitələri üçün çətinliklər yaradıb.

Hazırda ərazidə bərpa işləri aparılır.