İsmayıllıda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər keçirilib. Bu haqda ShimalNews 8 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Rayon üzrə ümumilikdə 3 müəssisədə nöqsanlar müəyyən olunub və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmin müəssisələr aşağıdakılardır:

  • “Adəm” market – İsmayıllı şəhəri, M.F.Axundov küçəsi. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
  • “Vaz” kafesi – İsmayıllı rayonu, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
  • “Palma” restoranı – İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
  • “Tonqal” restoranı –  İsmayıllı şəhəri, H.Əliyev prospekti Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi.