Xaçmazda sakin yaşadığı məhəllədə zibil qutularının qanunsuz istismarına etiraz edib. Bu barədə ShimalNews 7 sentyabr tarixində Şəhər İƏD-ə istinadən məlumat verir.
Tullantılarla dolu yük avtomobili məhəllədə olan zibil qutularına boşaldılarkən vətəndaş həmin işi icra edənlərə irad bildirib. Lakin bir nəticə olmadığından görüntüləri lentə alaraq, müvafiq qurumlara təqdim edib.
Məlum olub ki, zibil obyektə məxsusdur və törədilən əməl təmizlik işlərinə maneə yaradır. Qaydalara əsasən, zibilin daşınması MKTİ ilə müqavilə əsasında həyata keçirilir. Əks-halda qanunu pozanlara müvafiq tənbeh tətbiq olunur.